Bakı Şəhər Dövlət Yol Polisi aprelin 4-də güclü küləklə bağlı əhaliyə xəbərdarlıq edib. Bu haqda Report-a məlumat verilib.
Paytaxtda küləyin sürətinin normadan artıq olması səbəbindən hərəkət iştirakçılarına avtomobilləri binaların, ağacların altında saxlamamaq tövsiyə olunur.
“Həmçinin moped və motosikl tipli nəqliyyat vasitələrindən, yük maşınlarından istifadə edən şəxslər və piyadalar hərəkətlərini məhdudlaşdırsınlar”, - deyə qurumdan bildirilib.