top
Elçilikdə yox dedilər, qızın videosunu atasına göndərdi
Bu gün, 09:43
- ↺ +

Elçilikdə "yox" dedilər, qızın videosunu atasına göndərdi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Oğuz rayonunda 29 yaşlı Tural yetkinlik yaşına çatmayan Pərvanəyə qarşı əxlaqsız hərəkətlər etdiyinə görə 8 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmə materiallarına görə, Tural 2022-ci ildə təsadüfən zərərçəkmişin anasının telefon nömrəsinə mesaj göndərdikdən sonra Pərvanə ilə tanış olub və aralarında münasibət yaranıb.

İş üzrə zərərçəkmiş Pərvanə ifadəsində göstərib ki, 2022-ci ilin sonlarında anasına məxsus telefona səhv mesaj gəlib:

"İlk əvvəl elə bildim ki, həmin şəxs qohumumdur. Həmin dövrdə müəllim yanına hazırlığa getdiyim üçün anamın mobil telefonu məndə olub. Bu səbəbdən də zəng edən şəxsə özüm cavab verdim. Bundan sonra həmin şəxsin adının Tural olduğunu bildim. Onunla tez-tez əlaqə saxlayaraq danışdıq."

2023-cü ilin iyununda Tural ailə üzvləri ilə birlikdə qızgilə elçiliyə gedib. Lakin Pərvanənin atası onun azyaşlı olduğunu əsas gətirərək evliliyə razılıq verməyib.
Turalın ifadəsinə görə, 2024-cü ilin yayında Pərvanə ilə evin həyətində və qonaq otağında foto və videolar çəkdiriblər. Sonradan münasibətləri pozulduqda həmin görüntüləri qızın dayısına, eləcə də atasına göndərib. O, bunu münasibətləri bərpa etmək və evlənmək niyyətinin ciddi olduğunu göstərmək məqsədilə etdiyini bildirib.

Pərvanə qeyd edib ki, 2023 və 2024-cü illərdə müxtəlif vaxtlarda Tural anası ilə onların yaşadığı evə gəlib:

"Tək olan zaman evdə və həyətdə xatirə qalması üçün Turalla şəkillər çəkdirdik. Həmin zaman Tural mənə qarşı intim hərəkətlər etdi. Həmin hərəkətləri edən zaman bizi heç kim görməyib.

Yaşımın az olması ilə bağlı atam ailə qurmaq məsələsinə narazılıq bildirdi. Lakin biz bir müddət telefonla danışdıq. Sonradan Tural qısqanclıq edərək digər yerlərə getməyimə razı olmadığını bildirdikdən sonra aramızdakı münasibət kəsildi. Bundan bir neçə gün sonra xatirə kimi çəkilmiş şəkilləri atama və dayıma göndərdi".

Oğuz Rayon Məhkəməsinin hökmü ilə Tural 8 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Mənbə: Demokrat.az

Son xəbərlər

Yerli xəbərlər
Bu gün, 10:23

Səlim Müslümova ağır itki

Xarici xəbərlər
Dünən, 17:50

Baş katib Lebedev: Azərbaycan gələn il MDB-nin həmsədri, 2028-ci ildə isə sədri olacaq

Xarici xəbərlər
Dünən, 17:42

Rəsmi İrəvan: Azərbaycan və Ermənistan sülhü institusionallaşdırmaq zərurətini qəbul edib

Xarici xəbərlər
Dünən, 17:19

Azərbaycan-Ermənistan "Sülh körpüsü" dialoqunun beşinci görüşü başa çatıb

Yerli xəbərlər
Dünən, 16:54

Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiq edib

Yerli xəbərlər
Dünən, 15:23

Mirzoyanın müavini Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşüb - FOTO - VİDEO

Yerli xəbərlər
Dünən, 14:39

Hansı sənədsiz evlərə "kupça" veriləcək, hansılar kənarda qalacaq? — Parlamentdə TƏKLİF

Yerli xəbərlər
Dünən, 13:14

Məleykə Abbaszadə BDU-nun C bloku ilə bağlı məsələni nəzarətə götürüb, işçi qrupu yaradılıb

Yerli xəbərlər
Dünən, 13:07

Elektron əmtəə-nəqliyyat qaiməsi olmayan yüklərin avtomobillə daşınmasına görə cərimə olacaq

Yerli xəbərlər
Dünən, 12:59

Azərbaycan-Gürcüstan sərhədini qanunsuz keçən iki nəfər saxlanılıb

Yerli xəbərlər
Dünən, 12:14

Azərbaycan Mətbuat Şurası bəyanat yaydı

Yerli xəbərlər
Dünən, 10:55

Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

Yerli xəbərlər
Dünən, 10:33

Azərbaycan-Ermənistan "Sülh körpüsü" təşəbbüsü çərçivəsində komitələrdə müzakirələr keçirilib - VİDEO

Yerli xəbərlər
Dünən, 10:28

Ali Məhkəmə həkimin səhlənkarlığına görə cinayət məsuliyyəti məsələsinə aydınlıq gətirib

Yerli xəbərlər
Dünən, 09:47

Ağsuda üzərinə ağac aşan azyaşlı ölüb

Yerli xəbərlər
Dünən, 09:39

Fira Cəlilovanın evində tutulan şəxs onun qohumu deyil - FOTO

Yerli xəbərlər
Dünən, 09:32

Aparıcı Fira Cəlilovanın bağ evi ilə bağlı iddialarla əlaqədar bir nəfər saxlanılıb - YENİLƏNİB

Yerli xəbərlər
26 noyabr 2026, 18:13

"Temu"da böyük dəyişiklik: "Şans çarxı" və saxta endirimlər ləğv edilir

Xarici xəbərlər
26 noyabr 2026, 17:00

Alen Simonyan "Sülh körpüsü" təşəbbüsünün iştirakçıları ilə görüşüb - VİDEO

Yerli xəbərlər
26 noyabr 2026, 16:57

Nəsimi Musayevin həbs müddəti uzadıldı

Yerli xəbərlər
26 noyabr 2026, 15:35

Azərbaycanın Ermənistana builki ixracının dəyəri 24 milyon dollara yaxınlaşıb

Yerli xəbərlər
26 noyabr 2026, 15:13

"Tək şəxsiyyət vəsiqəsi ilə avtokredit" vədi ilə dələduzluq edən şəxs saxlanılıb

Yerli xəbərlər
26 noyabr 2026, 15:09

Azərbaycan XİN Misirdə baş verən yanğınla bağlı başsağlığı verib

Oxşar xəbərlər