Ermənistan silahlı qüvvələrinin şərti dövlət sərhədində təxribat törədən zaman Azərbaycan Ordusunun həyata keçirdiyi cavab tədbirləri nəticəsində 3 erməni hərbçisi məhv edilib, çoxlu sayda yaralanan var. Bu barədə Report 11 aprel tarixində məlumat verib.
Gorus rayonunun Dığ kəndi istiqamətində baş verən atışma nəticəsində yaralananlardan biri Ermənistan silahlı qüvvələrinin xüsusi təyinatlı korpusunun komandiri Armen Gözəlyandır.
Onun vəziyyəti ağırdır. A.Gözəlyan Gorusda yerləşən tibb mərkəzində cərrahiyyə əməliyyatı olunub.
Müdafiə Nazirliyindən verilən məlumata əsasən, gərginlik davam edir. Qarşı tərəf xeyli sayda itki verib.