Ermənistan tərəfi artilleriyadan və PUA-lardan istifadə edir. Bu barədə 11 aprel tarixində Caliber məlumat verib.
Digər məlumata görə, Azərbaycan tərəfi Laçın istiqamətində düşmənin canlı qüvvəsi və ağır texnikasının cəmlənməsini müşahidə edir.
Ermənistan artilleriya və zirehli qüvvələr toplayır.
“İrəvan ciddi hərbi əməliyyata hazırlaşır”, - məlumatda bildirilib.
Azərbaycan Xarici İşlər Nazirliyi bildirib ki, törətdiyi təxribatlara görə məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür.