Bu gün Ermənistanın Azərbaycana qarşı törətdiyi Ağdaban faciəsindən 31 il ötür. 8 aprel 1992-ci ildə Ermənistan silahlı dəstələri Kəlbəcər rayonunun Ağdaban kəndinə hücum edərək, 130 evdən ibarət kəndi yandırıb. 32 (digər mənbələrə görə 67) nəfər dinc sakin qətlə yetirilib, 2 sakin evində diri-diri yandırılıb. Kənddən 779 nəfərə işgəncələr verilib, 7 nəfər girov aparılıb.
Faciə zamanı Azərbaycan ədəbiyyatının ustad sənətkarı, ağdabanlı şair Qurbanın və onun oğlu Dədə Şəmşirin zəngin arxivi, nadir əlyazmaları məhv edilib. Aşıq Şəmşir nəslindən 15 nəfər həmin faciənin qurbanı olub.
Ağdabanın ermənilərin əlində qalması Kəlbəcər rayonunun digər kəndlərinin işğalını asanlaşdırdı.
Bu faciə hələ də beynəlxalq miqyaslı müzakirəyə çıxarılmayıb.
Mənbələr: