Bu gün, martın 24-də Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Berlində baş tutan FİDE Qran-prisinin III mərhələsində növbəti görüşünü keçirəcək.
Məmmədyarov ABŞ təmsilçisi Leyner Domingeslə üzləşəcək.
Martın 22-də Azərbaycan qrosmeysteri almaniyalı Vinsent Kaymerlə, martın 23-də isə rusiyalı Daniil Dubovla heç-heçə edib. Hazırda Dominges 1,5 xalla B qrupuna başçılıq edir. Məmmədyarov və Kaymer 1 xalla 2-ci yeri bölüşürlər, Dubov isə 0,5 xalla 4-cüdür.
Yarış aprelin 4-dək davam edəcək. Turnirin ümumi mükafat fondu 150 000 avrodur.
[gallery columns="1" size="full" ids="38484" orderby="rand"]