Fövqəladə hallar naziri Kəmaləddin Heydərov martın 31-də Bərdədə vətəndaşları qəbul edəcək. Bu haqda məlumat qurumun saytında yerləşdirilib.
Görüş Bərdə Peşə liseyinin binasında saat 11:00-da baş tutacaq. Qəbula gələn vətəndaşların qeydiyyatı martın 30-u həmin yerdə saat 09:00-da başlayacaq.