Ötən gün Füzuli rayonunun işğaldan azad olunmuş Seyid Əhmədli kəndində minaya düşən şəxsin sağlıq durumu yaxşıdır. Bu barədə 24 mart tarixində Report məlumat verib.
Məlumatda qeyd olunub ki, hadisə nəticəsində o, sol pəncəsindən qəlpə yarası alıb və fəqərəsi sınıb. Xəsarət alan şəxs əvvəlcə Füzuli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. O, daha sonra Bakıdakı Klinik Tibbi Mərkəzə təxliyə olunub.
Qeyd edək ki, martın 23-də Füzuli rayonunun işğaldan azad olunmuş Seyid Əhmədli kəndində 1996-cı il təvəllüdlü şəxs idarə etdiyi “SHACMAN” markalı "77-CB-134" dövlət nömrə nişanlı yük maşını ilə dönmə əməliyyatı edərkən minaya düşüb. Faktla bağlı Füzuli rayon Prokurorluğunda araşdırma aparılır.