top
Faşizm üzərində qələbə günü: Böyük Vətən müharibəsində azərbaycanlı qəhrəmanların rolu
08 may 2022, 22:24
- ↺ +

Faşizm üzərində qələbə günü: Böyük Vətən müharibəsində azərbaycanlı qəhrəmanların rolu

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

XX əsrdə dünyada baş qaldıran millətçi meyillər nəticə etibarilə labüd qlobal müharibə ssenariləri ilə nəticələnmişdir. 1939-cu il sentyabrın 1-də Almaniya Polşaya hücum etdi. SSRİ özü də Avropanın bölüşdürülməsi planlarını reallaşdırmaq məqsədi ilə 1939-cu ilin avqustun 23-də Almaniya ilə 10 il müddətinə bir-birinə hücum etməmək haqqında “Molotov- Ribbentrop” paktı imzalamışdır. Hitler və Stalin pakta əlavə olunan məxfi protokolla Avropanı “Kerzon Xətti” boyunca şərti olaraq aralarında bölürdülər.

1939-1941-ci illərdə Avropada davam edən müharibə dövründə SSRİ də Baltikyanı bölgələri zəbt edib, Finlandiyanın işğalı üçün “Qış müharibəsi”nə girişmişdi. Hitler Avropadakı hədəflərinə çatdıqdan sonra isə şərqə tərəf istiqamətlənmiş oldu. Stalin Hitlerin “Molotov- Ribbentrop” paktına sadiq qaldığını güman edirdi. O, hətta sovet kəşfiyyatçısı Rixard Zorgenin Yaponiyadan ünvanladığı “Almaniyanın müharibə hazırlığı” ilə bağlı təcili xəbərini belə ciddiyə almadı. “Barbarossa” adlı plana əsasən, 1941-ci il iyunun 22-də nasist Almaniyası SSRİ-yə hücum etdi.

Azərbaycanın sərvətləri, strateji və geosiyasi mövqeyi Almaniyanın diqqətini cəlb edirdi. Hitlerin Qafqaza hücum planı “Edelveys” adlanırdı. Bu plana görə də Bakı 1941-ci il sentyabrın 25-də tutulmalı idi.

Azərbaycanda 1941-ci ildə 402 və 223-cü, 1942-ci ildə isə 416 və 271-ci milli atıcı diviziyalar yaradıldı. Ümumiyyətlə, müharibə illərində Azərbaycandan sovet ordusuna 600 minə yaxın adam səfərbərliyə alınmışdı.

Kiçik leytenant İsrafil Məmmədov 1941-ci ilin dekabrında Novqorod yaxınlığında Pustınka kəndi uğrunda gedən döyüşlərdə iştirak edib. O, azərbaycanlılar arasında ilk dəfə olaraq Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görüldü.

Moskva ətrafındakı döyüşlərdə fərqləndiyinə görə tank bölməsinin komandiri Həzi Aslanov “Qırmızı ulduz” medalı ilə təltif edildi. General-mayorun tank briqadası 508 yaşayış məntəqəsini azad etdi. H.Aslanov iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş yeganə azərbaycanlıdır. İkincisi haqda fərman onun ölümündən sonra – 1991-ci ildə həyata keçirildi. O, 1945-ci il yanvarın 24-də döyüş əməliyyatları getməyən bir yerdə, müəmmalı şəkildə güllə yarasından həlak oldu.

Borodino çölündəki vuruşmada pulemyotçu İdris Vəliyev düşmənin 50-dən çox əsgərini məhv etmişdi. Təyyarəçi Hüseynbala Əliyev Leninqrad səmasını müdafiə edərkən düşmənin 6 təyyarəsini vurub salmış, 17 yara almasına baxmayaraq, öz təyyarəsini yerə endirə bilmiş, lakin özü həlak olmuşdu.

271-ci diviziya Polşa və Çexoslovakiyanın azad edilməsində iştirak etmişdi. Bu döyüşlərə görə Ziya Bünyadov da daxil olmaqla 20 nəfər azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü. Reyxstaqın alınmasında göstərdiyi rəşadətə görə Yusif Sadıqov Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü.

1943-cü ildə 50 nəfər azərbaycanlı Məmməd Əliyevin başçılığı ilə faşist düşərgələrindən qaçaraq Krımda xüsusi partizan dəstəsi yaratmışdılar. Ukraynada isə 400 nəfər azərbaycanlı partizan dəstəsi təşkil etmiş, başqa partizan dəstələri ilə birləşərək Ukrayna, Çexoslovakiya və Macarıstanda faşizmə qarşı mübarizə aparmışdılar.

Mehdi Hüseynzadə “Mixaylo” ləqəbi ilə Yuqoslaviyada partizan dəstəsinin kəşfiyyatçı-təxribat qrupuna rəhbərlik etmişdi. Onun qrupu 700 nəfər hərbçini faşist əsirliyindən azad etmiş, min nəfərdən çox alman zabitini məhv etmişdi. Faşistlər onun başına 400 min lirə mükafat təyin etmişdilər. O, 1944-cü ildə faşistlərlə qeyri-bərabər döyüşdə ələ keçməmək üçün son gülləsini özünə vurmuşdu. 1957-ci ildə ona Sovet İttifaqı Qəhrəmanı adı verildi.

1945-ci il mayın 9-u Böyük Vətən müharibəsinin sonu, qələbə tarixi hesab olunur. 1945-ci ildən bəri 77 ildir ki, ölkəmizdə bu gün qələbə günü kimi qeyd edilir.

Məqalənin müəllifi ADPU-un nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin tarix müəllimi Könül Şükürovadır. Məqalənin tam mətni ilə link vasitəsilə tanış olmaq olar.

Mənbələr:


  1. XX əsr Azərbaycan tarixi (pr. Y.Yusifov; pr. T.Vəliyevin redaktorluğu ilə), Bakı, 2005.

  2. XX əsr Azərbaycan tarixi 2 cilddə, 2-ci cild. Bakı, 2009.

  3. “Siyasi tarix” İ.Məmmədov, Ç.Məmmədov, Bakı, 2006.

  4. “Azərbaycanlıların II Dünya müharibəsində iştirakı” İsmayılov İ.Z., Bakı, 2000.


Əgər siz də məqalələrinizi saytımızda dərc etməyimizi istəyirsinizsə, bizim sosial şəbəkələrdəki hesablarımıza müraciət edə bilərsiniz.

Son xəbərlər

Yerli xəbərlər
Dünən, 14:34

Miyazakinin sehrli dünyası Bakıda canlanacaq: məşhur animelərin musiqiləri şam işığında səslənəcək

Yerli xəbərlər
Dünən, 11:56

İlham Əliyev Ərdoğana başsağlığı verib

Xarici xəbərlər
Dünən, 11:36

Paşinyan KTMT-nin Moskva sammiti ilə eyni gündə Türkiyəyə səfər edəcək

Yerli xəbərlər
Dünən, 11:16

Dənizkənarı Milli Park ərazisində ehtiyatsızlıqdan suya yıxılan şəxs xilas edilib

Yerli xəbərlər
Dünən, 11:07

Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb

Yerli xəbərlər
Dünən, 11:01

Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb

Yerli xəbərlər
Dünən, 10:03

Azərbaycan XİN Atatürkün anım günü ilə bağlı paylaşım edib

Xarici xəbərlər
09 noyabr 2026, 17:04

Lebron Ceymsin ABŞ millisindəki ilk oyununda geyindiyi forma 722 min dollara satılıb

Xarici xəbərlər
09 noyabr 2026, 17:02

Macarıstanın sabiq baş nazirinin qardaşı insan alverində şübhəli bilinərək saxlanılıb

Yerli xəbərlər
09 noyabr 2026, 14:16

Ərdoğan Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik edib

Yerli xəbərlər
09 noyabr 2026, 14:05

Draqan Vladisavljeviç "Dostluq" ordeni ilə təltif edilib - SƏRƏNCAM

Yerli xəbərlər
09 noyabr 2026, 12:05

Sabah Bakıda hava yağmursuz olacaq

Xarici xəbərlər
09 noyabr 2026, 11:47

703 milyon dollarlıq boşanma — milyarder səhmlərini satdı

Xarici xəbərlər
09 noyabr 2026, 11:36

Kruiz gəmisindən dənizə düşən pianoçu 9 saat sonra sağ tapıldı

Yerli xəbərlər
09 noyabr 2026, 11:33

Prezident İlham Əliyev Kamboca Kralını təbrik edib

Xarici xəbərlər
09 noyabr 2026, 11:27

"Nvidia" rəhbəri həyat yoldaşına xəyanət etdiyini etiraf edib və üzr istəyib

Yerli xəbərlər
09 noyabr 2026, 11:15

Dövlət Bayrağı Günü: Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir

Yerli xəbərlər
09 noyabr 2026, 11:07

DYP avtomobillə səfərə çıxanlara xəbərdarlıq edib

Yerli xəbərlər
09 noyabr 2026, 10:43

Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava

Xarici xəbərlər
09 noyabr 2026, 10:39

Maduro ABŞ həbsxanasında dinə maraq göstərməyə başlayıb

Yerli xəbərlər
09 noyabr 2026, 08:43

Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib - FOTO

Yerli xəbərlər
09 noyabr 2026, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd edilir

Yerli xəbərlər
09 noyabr 2026, 00:01

Vətən müharibəsinin xronikası: 9 noyabr

Yerli xəbərlər
08 noyabr 2026, 15:55

Şuşada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub

Oxşar xəbərlər