top
Fazil Mustafa 2-ci dəfə əməliyyat olunub
29 mart 2023, 01:23
- ↺ +

Fazil Mustafa 2-ci dəfə əməliyyat olunub

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ötən gün yaşadığı evin qarşısında güllə yarası alan Milli Məclisin deputatı Fazil Mustafa müalicə aldığı tibb müəssisəsində ikinci dəfə əməliyyat olunub. Bu barədə Report 29 mart tarixində xəbər verib.

Deputatın köməkçisi Əjdər Əliyev bildirib ki, Fazil Mustafanın çiynindən aldığı yara ciddi olduğundan ikinci əməliyyat lazım olub:

“Hazırda onun səhhəti qaydasındadır”.

Xatırladaq ki, deputat ilk olaraq, Kliniki Tibbi Mərkəzdə əməliyyat olunub. Daha sonra o, başqa tibb müəssisəsinə köçürülüb.

Qeyd edək ki, hadisə martın 28-i saat 21:51 radələrində paytaxtın Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsi, ev 2 “Z” ünvanında qeydə alınıb.

Belə ki, Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında “Kalaşnikov” avtomat silahından atəş açılaraq terror aktı törədilib. Nəticədə F.Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb. Ona zəruri tibbi xidmətlər göstərilib.

Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277-ci (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.

Terror aktını törətmiş şəxsin və cinayət hadisəsi ilə əlaqəsi olan digər şəxslərin müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb olunması istiqamətində kompleks təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

 

Son xəbərlər

Yerli xəbərlər
Bu gün, 12:14

Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Yerli xəbərlər
Bu gün, 09:14

Mehriban Əliyeva Zəfər Günü münasibətilə sosial şəbəkə hesablarında paylaşım edib

Yerli xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Yerli xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 8 noyabr

Xarici xəbərlər
Dünən, 15:23

Meqan Marklın atası uşaq pornoqrafiyasına görə həbs edilib, daha sonra ev dustaqlığına buraxılıb

Yerli xəbərlər
Dünən, 14:20

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Yerli xəbərlər
Dünən, 14:10

Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub

Yerli xəbərlər
Dünən, 13:35

Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələr verilib

Yerli xəbərlər
Dünən, 13:07

Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsi istifadəyə verilib

Yerli xəbərlər
Dünən, 12:48

Prezident İlham Əliyev Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib

Yerli xəbərlər
Dünən, 12:45

Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub

Yerli xəbərlər
Dünən, 12:25

Sabah Azərbaycanda intensiv yağış yağacaq

Yerli xəbərlər
Dünən, 12:18

Yol polisi sürücü və piyadalara yağışlı havada ehtiyatlı olmağı tövsiyə edib

Yerli xəbərlər
Dünən, 11:59

Prezident İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib

Yerli xəbərlər
Dünən, 11:34

Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub

Yerli xəbərlər
Dünən, 11:11

Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb

Yerli xəbərlər
Dünən, 10:13

Azərbaycan Premyer Liqasında XI turun daha iki oyunu bu gün keçiriləcək

Yerli xəbərlər
Dünən, 09:52

Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib

Yerli xəbərlər
Dünən, 09:42

Evdəki kompüterlər uçota alınacaq: yanvarda sakinləri nə gözləyir?

Yerli xəbərlər
Dünən, 09:03

Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb

Yerli xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 7 noyabr

Yerli xəbərlər
06 noyabr 2026, 17:21

Tərtərdə yaşlı ər-arvadı öldürüb meyitlərini yandıranın məhkəməsi başlayır

Xarici xəbərlər
06 noyabr 2026, 17:12

Avropada təyyarələrin partladılacağı ilə bağlı saxta həyəcan dalğası: 30-a yaxın reys təhdid alıb

Yerli xəbərlər
06 noyabr 2026, 16:59

Kamran Əsədov və Gündüz Abbasova cəza istənilib

Oxşar xəbərlər