Ötən sutka 28 yanğına çıxış olub, 6 nəfər xilas edilib. Bu barədə İnsanoid FHN-in Mətbuat Xidmətinə istinadən bu gün, 13 aprel tarixində xəbər verir.
“112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 28 yanğına, o cümlədən 2 avtomobil yanğınına çıxış, 4 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 2-si azyaşlı olmaqla 6 nəfər, o cümlədən Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisində baş vermiş avtoqəza nəticəsində “Mersedes-Benz Atego” markalı yük avtobilində sıxılı vəziyyətdə qalmış 1 nəfər xilas edilib.