Fövqəladə Hallar Nazirliyinin (FHN) mobil səhra hospitalı qardaş ölkənin Kahramanmaraş şəhərində fəaliyyətə başlayıb. Bu barədə İnsanoid Report-a istinadən bu gün, 9 fevral tarixində xəbər verir.
Bunu jurnalistlərə açıqlamasında FHN-in İctimaiyyətlə Əlaqələr İdarəsinin baş məsləhətçisi Turqay Abbaslı deyib.
O bildirib ki, Azərbaycan xilasediciləri hazırda qardaş ölkənin Kahramanmaraş şəhərində axtarış-xilasetmə əməliyyatlarını davam etdirir.