FHN Kahramanmaraşda axtarış işlərinə itləri də cəlb edib. Bu barədə 14 fevral tarixində APA məlumat verib.
Azərbaycanlı xilasedicilər Kuddusi baba bulvarı küçəsində axtarış əməliyyatına xüsusi təlim görmüş itləri də cəlb ediblər.
İndiyə qədər itlər dağıntılar altında 15 canlı və 27 cəsəd aşkarlayıb.
Qeyd edək ki, FHN-in qüvvələri indiyədək dağıntılar altından 51 nəfəri sağ, 614 nəfərin isə cəsədini çıxarıb.