Ötən gün Azərbaycanda 19 yanğın baş verib. Bu barədə noyabrın 17-də Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
9 halda köməksiz vəziyyətdə qalma və 1 partlayış faktı üzrə əməliyyatlar həyata keçirilib. Görülmüş tədbirlər nəticəsində yanğınlar söndürülüb.
Ümumilikdə FHN-in qüvvələri tərəfindən 4-ü azyaşlı olmaqla 13 nəfər xilas edilib. 2-si azyaşlı olmaqla 12 nəfər təxliyə olunub. Həmçinin bağlı qapı arxasında aşkar edilən 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.
Bundan əlavə, Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasında baş verən partlayış zamanı 4 nəfər xəsarət alıb.