Ötən sutka ölkə ərazisində 49 yanğına çıxış olub. Bu barədə 11 mart tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
FHN-in qüvvələri tərəfindən ötən sutka ölkə ərazisində 11 nəfər xilas olunub.
O cümlədən Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Siyaqut kəndində “Mercedes” markalı minik avtomobilinin yol kənarına aşması nəticəsində deformasiyaya uğrayan nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalan 1 nəfər xilas edilib.