Ötən sutka ölkə ərazisində 114 yanğına çıxış olub. Bu barədə 22 fevral tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
FHN-in qüvvələri tərəfindən ötən sutka ölkə ərazisində 4-ü azyaşlı olmaqla 9 nəfər xilas edilib.
Sumqayıt şəhərində 1 nəfərin meyiti bağlı qapı arxasında aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.