Ötən sutka ərzində 124 yanğına çıxış və 7 köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Bu haqda aprelin 5-də APA məlumat yayıb.
Bakı şəhərinin Yasamal rayonunda 1966-cı il təvəllüdlü şəxsin və Mingəçevir şəhərində 1952-ci il təvəllüdlü qadının meyiti bağlı qapı arxasında aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.