"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Haas" komandasının pilotu Niko Hülkenberq Azərbaycan Qran Prisində cərimələnəcək. Bu barədə Report 13 aprel tarixində məlumat verib.
Buna 36 yaşlı sürücünün Avstraliyadakı yarışın sonunda uğursuzluqla üzləşməsi səbəb olub.
Almaniyalı pilot “MGU-K” kinetik generatorunu dəyişəcəyi üçün cərimə ilə üzləşəcək. Bunun hər mövsümdə yalnız iki dəfə dəyişdirilməsinə icazə verilir. Hülkenberq artıq üçüncü dəfə belə halla üzləşmiş olacaq.
Azərbaycan Qran Prisi 28-30 aprelə təsadüf edəcək. Niko Hülkenberq hazırda 6 xalla 9-cu pillədə qərarlaşıb.