“Formula 1” üzrə Azərbaycan Qran-prisi üçün 20% endirimlə təklif olunan biletlərin satışı yanvarın 15-dək davam edəcək. Bu barədə 12 yanvar tarixində Report məlumat verib.
İlkin endirim kampaniyası müddətində ayaqüstü yerlər üçün biletlər 40 manatdan 120 manatadək, tribuna biletləri 160 manatdan 690 manatadək, azyaşlılar üçün biletlər isə 110 manatdan 480 manatadək olan qiymət aralığındadır.
Yanvarın 15-dən sonra biletlərin satışı tam qiymətlərlə davam etdiriləcək.
Biletləri BŞH-nin rəsmi səhifəsindən (www.bakucitycircuit.com) və ya şəhərin satış nöqtələrindən əldə etmək mümkündür.