“Formula 1”in keçiriləcəyi bəzi yollar bu gecədən bağlanacaq. Bu barədə 20 aprel tarixində APA məlumat verib.
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti paytaxtda 28-30 aprel tarixlərində baş tutacaq Formula 1 Azərbaycan Qran Prisinə hazırlıq çərçivəsində trekin keçdiyi yollarda beton baryerlərin quraşdırılmasına davam edir.
Belə ki, 20 aprel gecə 23:00-dan etibarən Rəsul Rza küçəsinin Neftçilər prospekti ilə kəsişməsi və Adil İsgəndərov küçəsinin Niyazi küçəsi ilə kəsişməsi nəqliyyatın hərəkətinə bağlanacaq.