Fransa Azərbaycana yeni səfir təyin edib. Bu barədə 10 noyabr tarixində Report məlumat verib.
Bununla bağlı Fransa Prezidenti Emmanuel Makron noyabrın 9-da müvafiq sərəncam imzalayıb.
Bildirilib ki, Ann Boillon bundan sonra Fransanın Azərbaycandakı səfiri kimi fəaliyyət göstərəcək. O, bu vəzifədə Zakari Qrossu əvəzləyəcək.
A.Buayon bundan əvvəl Fransanın Avstraliyanın Sidney şəhərində baş konsulu işləyib.
Qeyd olunub ki, Z.Qross 2019-cu ildən Fransanın Azərbaycandakı səfiri vəzifəsində çalışırdı. Onun ölkəmizdəki diplomatik missiyası bu ilin sentyabrında başa çatıb.