Dünən Fransa Senatında anti-Azərbaycan qətnaməsi ilə bağlı keçirilən səsvermədə 295 deputat bu təşəbbüsü dəstəkləyib. Və yalnız bir qadın cəsarətini toplayıb bütün etirazlara qarşı çıxaraq, Azərbaycanı dəstəkləyib.
Bu barədə AZfront məqalə dərc edib.
Həmin o deputat Natali Quledir. O, Senatın Konstitusiya Qanunları Komissiyasının vitse-prezidenti vəzifəsində çalışır. Eyni zamanda - Fransa-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun vitse-prezidenti, Fransada Azərbaycanın Dostları Assosiasiyası İdarə Heyətinin üzvüdür.
2016-cı ilin aprelində, Ermənistan-Azərbaycan sərhədində baş verən eskalasiyadan bir gün sonra Qule BMT-ni İrəvanı pisləməyə və Bakını dəstəkləməyə çağırıb.
2020-ci ildə İkinci Qarabağ müharibəsindən sonra o, Qarabağın muxtariyyət məsələsinin artıq aktual olmadığını və Minsk Qrupunun Beynəlxalq Vasitəçilər Qrupunun ləğv edilməli olduğunu bəyan edib.
Bundan əlavə, Qule Azərbaycanın işğaldan azad edilmiş torpaqlarını “azad edilmiş ərazilər” adlandıran yeganə fransız siyasətçisidir.