Təbriz əsilli və hazırda Fransada yaşayan azərbaycanlı tədqiqatçılar Ağdam şəhərində olublar. Bu barədə noyabrın 28-də Report xəbər verib.
Qonaqlar Pənahəli xanın İmarət Kompleksini, Ağdam Mədəniyyət Evini, Cümə məscidini və Ağdam Şəhidlər xiyabanını ziyarət ediblər.
Onlar burada ermənilərin vandallığına məruz qalmış tarixi abidələr barədə, eləcə də rayonda həyata keçirilən bərpa-quruculuq işləri barədə məlumatlandırılıblar.
Güneyli hüquq müdafiəçiləri, həmçinin ermənilərin şəhərdəki məzarlıqda törətdikləri vandallıq aktının şahidi olublar.
Qeyd edək ki, Fransada yaşayan azərbaycanlı tədqiqatçılar sabah Şuşa və Füzuli rayonlarında olacaqlar.