Fransa Milli Assambleyasının yaxınlığında Azərbaycan əleyhinə qətnamənin müzakirəsinə etiraz olaraq aksiya keçiriləcək. Bu barədə noyabrın 25-də APA xəbər yayıb.
Xaricdə yaşayan azərbaycanlılar tərəfindən təşkil olunacaq aksiyanın noyabrın 28-də keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, noyabrın 28-də Fransa Milli Assambleyası Azərbaycana qarşı bədnam qətnaməni müzakirəyə çıxaracaq.