Fransalı vəkil Alan Tremolye Azərbaycana səfəri çərçivəsində mədəniyyət paytaxtı Şuşa şəhərini ziyarət edib. Bu barədə dekabrın 7-də Report məlumat yayıb.
Səfərin təşkilində məqsəd qonağa Azərbaycanın qədim tarixə, zəngin mədəniyyətə malik olduğunu, Şuşada erməni vəhşiliyinin izlərini nümayiş etdirmək, postmüharibə dövründə dövlətimizin qədim şəhərdə həyata keçirdiyi irimiqyaslı abadlıq-quruculuq işlərini nümayiş etdirmək olub.
A.Tremolye təəssüratlarını bölüşərək deyib ki, mədəniyyət paytaxtını gördüyü üçün bütün təşkilatçılara minnətdardır: “Mənim üçün Şuşa hər şeydən əvvəl tarixi və mədəni şəhərdir. Şuşa və onun hekayəsini beləcə tanıdım. Burada daşlar və ağaclar bir ağızdan danışır. Onlar çəkdikləri əzablardan, onlarla necə rəftar edildiyindən, baş verən böyük bədbəxtliklərdən, böyük haqsızlıqlardan söz açırlar”.
Fransalı vəkil Cənubi Qafqazda sülhün bərqərar olmasının vacib olduğunu da vurğulayıb.