top
Fransanın fəxri vətəndaşı olmuş ilk azərbaycanlı qadın. Adiliya Əliyeva ilə müsahibə
24 sentyabr 2025, 02:57
- ↺ +

Fransanın fəxri vətəndaşı olmuş ilk azərbaycanlı qadın. Adiliya Əliyeva ilə müsahibə

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Fransanın fəxri vətəndaşı olmuş ilk azərbaycanlı qadın. Adiliya Əliyeva ilə müsahibə

Klassik musiqi dünyasında ifaçı istedadı, dərin pedaqoji ustalıq və beynəlxalq tanınırlığı birləşdirən çox az insan tapılar. Azərbaycanın əməkdar artisti, görkəmli pianoçu, Fransadakı Ali Musiqi Akademiyasının direktoru və BMT-nin Sülh Səfiri Adiliya Əliyeva məhz belə bir şəxsiyyətdir. Onun yaradıcılıq yolu Avropanın ən möhtəşəm konsert zallarından keçir, musiqi sənətinə verdiyi töhfələr isə ali mükafatlar və fəxri adlarla qiymətləndirilib.

Media.Az-a verdiyi müsahibədə Adiliya xanım həyat yolundan, çətinliklərdən və yaradıcılıq uğurlarından danışdı, həmçinin Fransadakı ən böyük layihəsinin təfərrüatlarını açıqladı.

– Siz uzun illərdir Fransada yaşayırsınız və orada böyük uğurlar qazanmısınız. Vaxtı bir az geriyə çəkib bilmək istərdik: niyə məhz bu ölkəyə köçməyə qərar verdiniz?

– Köçməzdən əvvəl Moskvada yaşayır və çalışırdım. O illərdə SSRİ-nin paytaxtı həqiqi mədəniyyət mərkəzi idi, burada yaradıcılıq həyatı qaynayırdı. Həmçinin orada tanınmış sənət xadimləri yaşayırdı, onlarla ünsiyyətim vardı: bəstəkar Qara Qarayev, bəstəkar və SSRİ mədəniyyət nazirinin müavini Aleksandr Flyarkovski, kinorejissor Əjdər İbrahimov və başqaları. Sonuncu ilə Moskva Dövlət Mədəniyyət İnstitutunda birlikdə işləyirdik.

Sonradan “Rusiya ulduzları” ansamblını yaratdım və ona rəhbərlik etdim. Burada Moskva Konservatoriyasının professorları və Böyük Teatrın solistləri çıxış edirdi. Bu parlaq kollektiv tezliklə populyarlıq qazandı. Daha əvvəl isə Bakıda Dövlət Radio və Televiziya Komitəsinin (AzTV) nəzdində “Arazbarı” ansamblını təşkil etmişdim. Həmin dövrdə Elşad Quliyev komitəyə rəhbərlik edirdi. Ansamblın tərkibində Azərbaycanın xalq artistləri Azad Əliyev, Rasim Abdullayev, Eldar İsgəndərov, Rafiq Zamanov, Yusif Həsənov, Çingiz Məmmədov çıxış edirdi. Bu kollektiv tamaşaçılara yaxşı tanış idi, lakin mən sonradan Moskvaya köçərək yaradıcılıq fəaliyyətimi orada davam etdirdim.

1990-cı illərdə Avropada tez-tez qastrolda olur, Fransada və İsveçrədə konsertlər verirdim. Bu səfərlər zəngin görüşlər və yeni tanışlıqlarla yadda qaldı. Xüsusilə Fransanın Ansi şəhərində keçirilən ustad dərsi. “Alp Venesiyası” adlanan bu şəhərdə qalalar, kilsələr, kanallar çoxdur. Oradakı musiqi mərkəzində uyğun səviyyəli piano olmadığını gördüm və direktorla razılaşaraq xeyriyyə konserti təşkil etdim. Yığılan vəsaitlə yüksək keyfiyyətli alət almaq mümkün oldu. Böyük konsert təşkil etdik, zalda o qədər adam var idi ki, bəziləri pilləkənlərdə oturdu. Nəticədə iki piano alındı (gülür).

– Bu, Fransaya köçməyinizin başlanğıcı oldu?

– Belə də demək olar (gülür). Konsertdə şəhərin meri, eyni zamanda turizm və kommunikasiya naziri olan cənab Bosson iştirak edirdi. Çıxışdan sonra məni dəvət edərək Fransa vətəndaşlığı almağı təklif etdi. Bunun üçün mənə Fransanın tanınmış musiqiçiləri də tövsiyə məktubu verdilər, o cümlədən məşhur bəstəkar, bir çox fransız orkestr və konservatoriyasının banisi Marsel Landovski. O, İsveçrənin Lüsern şəhərində Beynəlxalq festivalda mənim konsertimdə iştirak etmiş, sonra heyranlıq dolu məktub yazaraq məni əsrin ən yaxşı pianoçularından biri adlandırmışdı. Sonralar isə mənim musiqi ifamı da yüksək qiymətləndirdi.

Qeyd edim ki, Fransada istedadlı insanlara və elm xadimlərinə səmimi dəyər verirlər, hətta onları “ölməzlər” adlandırırlar. Buna görə də vətəndaşlığı kifayət qədər tez əldə etdim.

– Fransa dövləti sizə mənzil və digər məsələlərdə dəstək göstərdimi?

– Xeyr. Əksinə, köçmək bizə asan başa gəlmədi: bütün bunları sıx qrafikli konsert və qastrollarla birləşdirmək lazım idi. Üstəlik, atamı, qardaşımı həyat yoldaşı və övladı ilə birlikdə Fransaya gətirdim. İlk vaxtlar onların bütün xərclərini mən qarşıladım. Atam bununla fəxr edir, məni “ruzi gətirən” adlandırırdı, çünki adətən bu, onun vəzifəsi idi. Mən isə bunu sevə-sevə edirdim, əsas olan yaxınlarımın yanımda olması idi (gülür).

Sonrakı hissədə Adiliya xanım iş və ailə həyatındakı çətinliklərdən, qardaşı Nadir Əliyevin ağır xəstəliyindən və sənətə qayıdışından, babası – rus qrafı və həkim Konstantin Xudyakovun Qarabağda taun epidemiyası zamanı göstərdiyi fədakarlıqlardan, ailəsinin köklərindən, Fransada aldığı ali mükafatlardan – o cümlədən 2022-ci ildə prezident Emmanuel Makron tərəfindən təqdim olunan “Şərəf Legionu” ordenindən, həmçinin onun adını daşıyan Beynəlxalq piano müsabiqəsindən ətraflı danışır.

Söhbətin sonunda isə o, Azərbaycanla bağlı yeni layihələr üzərində işlədiyini bildirir.

[gallery size="full" ids="228141,228151,228150,228148,228145,228144,228143,228142,228139,228138,228137,228136"]

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:05

Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 25 oktyabr

Cəmiyyət
Dünən, 14:20

Bakıda kafedə qətl: saxlanılan şəxslərdən biri deputatın oğludur

Cəmiyyət
Dünən, 13:44

U-15 dünya çempionatının ilk oyun günündə rəsmilərin Hövsan Yarış Kompleksinə səfəri baş tutub

Cəmiyyət
Dünən, 13:31

Hitlerin keçmiş iqamətgahında yanğın baş verib - VİDEO

Cəmiyyət
Dünən, 12:35

Sabah Bakıda yağış yağacaq

Cəmiyyət
Dünən, 12:05

Azərbaycan Xarici İşlər Nazirliyi İordaniyaya başsağlığı verib

Cəmiyyət
Dünən, 11:49

Filippində təlim uçuşu zamanı 4 pilot ölüb

Cəmiyyət
Dünən, 11:19

BDYPİ sürücülərə xəbərdarlıq edib

Cəmiyyət
Dünən, 10:44

Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir

Cəmiyyət
Dünən, 09:19

Premyer Liqa: "Kəpəz" bu gün "Şəfa" ilə, "Neftçi" "Turan Tovuz"la üz-üzə gələcək

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 24 oktyabr

Cəmiyyət
23 oktyabr 2026, 16:33

"Naxçıvanda duz tükənib, qayaları üyüdüb satırlar" - AÇIQLAMA

Cəmiyyət
23 oktyabr 2026, 16:19

Ölümündən əvvəl 3200 manatlıq başdaşı sifariş etdi - Əkbərin müəmmalı intiharı

Cəmiyyət
23 oktyabr 2026, 12:52

Prezident İlham Əliyev Azərbaycan Rəssamlar İttifaqının sədrini 80 illiyi münasibətilə təbrik edib

Cəmiyyət
23 oktyabr 2026, 12:40

Prezident İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib

Cəmiyyət
23 oktyabr 2026, 12:37

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Cəmiyyət
23 oktyabr 2026, 12:18

Sabah bəzi yerlərdə yağış yağacaq

Cəmiyyət
23 oktyabr 2026, 11:42

İbad Hüseynov Gürcüstanda saxlanıldı

Cəmiyyət
23 oktyabr 2026, 11:26

Toy çadırında həmyerlisini bıçaqlayan şəxsə şərti cəza verildi

Siyasət
23 oktyabr 2026, 11:15

Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

Cəmiyyət
23 oktyabr 2026, 10:49

Reza Deqati Parisdə etiraz aksiyalarını işıqlandırarkən xəsarət alıb

Cəmiyyət
23 oktyabr 2026, 09:56

Arsen Venger U-15 dünya çempionatı üçün Bakıya gəlib

Cəmiyyət
23 oktyabr 2026, 09:51

Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib, yarım milyon manat mənimsəmədə təqsirli bilinir

Oxşar xəbərlər