Erməni təbliğatına və maraqlarına xidmət edən 3 fransız kino işçisi film hazırlamaq üçün yardım kampaniyasına start veriblər. Bu barədə 20 fevral tarixində Milli.az məlumat verib.
Belə ki, fransızlar yardım kampaniyasına poster kimi azərbaycanlı topçu Vüsalın (Vüsal Şahverdiyev) fotosundan istifadə ediblər.
Qeyd edək ki, İkinci Qarabağ müharibəsi işitrakçısı olan Vüsal Şahverdiyev Azərbaycan cəmiyyətində sözügedən görüntüsü ilə tanınmışdı.