İşğaldan azad edilmiş ərazilərə qeyri-qanuni keçən iki yüksək vəzifəli şəxs işdən çıxarılıb. Bu barədə İnsanoid Oxu.az-a istinadən bu gün, 29 noyabr tarixində xəbər verir.
Füzuli Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Əliyev Qənimət Eldar oğlu və Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Niftəliyev Bayram Qiyas oğlu işğaldan azad edilmiş ərazilərə müvafiq icazə olmadan qanunsuz keçdikləri üçün vəzifələrindən azad olunublar.
Füzuli Rayon İcra Hakimiyyətindən iki şöbə müdirinin işdən çıxarılmasını təsdiqləyiblər.