Füzuli rayon sakininin bank hesabından 2 500 manat oğurlanıb. Bu barədə 7 dekabr tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Belə ki, Füzuli rayon sakini olan bir nəfərin bank kartının qeyri-aşkar şəraitdə oğurlanması və hesabından 2 500 manatının çıxarılması barədə polisə məlumat daxil olub.
Şübhəli bilinən Xaçmaz şəhər sakini Oqtay Hüseynov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.