Azad edilmiş ərazilərə qanunsuz keçən şəxs saxlanılıb. Bu barədə 16 dekabr tarixində Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Füzuli polisi rayon sakini Sahil Rüstəmovu idarə etdiyi avtomobillə rayonun işğaldan azad edilmiş ərazilərinə stasionar postlardan kənar yollarla daxil olmaq istəyərkən saxlayıb. Yoxlamalar zamanı onun müvafiq icazəsinin olmadığı müəyyən edilib.
S.Rüstəmov barəsində İnzibati Xətalar Məcəlləsinə əsasən, protokol tərtib edilərək rayon məhkəməsinə göndərilib.
Qərara əsasən, o, 25 gün müddətinə inzibati qaydada həbs edilib.