Füzuli rayonunun Arayatlı kəndində evdə partlayış olub. Bu barədə noyabrın 9-da Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Nəticədə ikimərtəbəli 8 otaqlı evin 1-ci mərtəbəsində yanğın başlayıb. Partlayış dalğasının təsirindən otaqların pəncərə çərçivələri dağılıb.
Hadisə zamanı 2 nəfər yanıq xəsarəti alıb.
Yaxınlıqdakı tikililər alovdan mühafizə olunub. Yanğın söndürülüb.