Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri növbəti tədbirlər zamanı müxtəlif silah-sursat aşkar edilib.
Bu barədə 12 aprel tarixində Report məlumat verib.
Tapılan 5 pulemyot, 5 avtomat, 1 qumbaraatan, 1 Faqot, 1 snayper tüfəngi, 1 əl qumbarası, 3 968 müxtəlif çaplı patron və digər döyüş sursatları aidiyyəti üzrə təhvil verilib.