Gəncədə şadlıq saraylarından vətəndaşlara məxsus 2 ədəd mobil telefonu oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda Report aprelin 6-da xəbər yayıb.
Goranboy rayon sakini Vahid Dadaşov dəvət edilmədiyi halda şadlıq sarayına qonaq qismində gəlib. Orada spirtli içki qəbul etdikdən sonra digər qonaqlara məxsus, ümumi dəyəri 500 manat olan 2 ədəd mobil telefon oğurlayıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.