Gəncə şəhərində polis əməkdaşları tərəfindən narkotik vasitə satmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş şəhər sakini saxlanılıb. Bu barədə 28 mart tarixində Trend məlumat verib.
Məlumata əsasən, saxlanılan şəxsin üzərindən külli miqdarda narkotik vasitə olan heroin və 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.
Bildirilib ki, polis əməkdaşları tərəfindən daha iki nəfərdən narkotik vasitə aşkarlanaraq götürülüb.
Faktlarla bağlı cinayət işi başlanılıb və araşdırmalar davam etdirilir.