Gəncədə mağazadan oğurluq etmək istəyən şəxs hadisə yerində tutulub. Bu haqda aprelin 2-də Report xəbər verib.
Hadisə aprelin 1-də gecə saatlarında baş verib. Naməlum şəxs mağazanın arxa pəncərəsini qıraraq içəri daxil olmaq istəyib, lakin mühafizə polisinin əməkdaşları tərəfindən saxlanılıb.
Onun Gəncə şəhər sakini İlham Zeynalabdıyev olduğu müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.