Gürcüstandan siqaretlərin qanunsuz olaraq Azərbaycana gətirilməsinin qarşısı alınıb. Bu barədə aprelin 4-də Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Belə ki, “Qırmızı Körpü” gömrük postunda ölkəyə gələn “İveco” və “Mercedes Benz” markalı nəqliyyat vasitələri saxlanılıb.
Sürücülər idarə etdikləri avtomobillərdə gömrük nəzarətindən gizlədilən hər hansı bir predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı avtomobillərin gizli saxlanc yerlərində gömrük nəzarətindən gizlədilən 19 264 ədəd müxtəlif markalı siqaretlər aşkar edilib.