Gədəbəy rayonunda birmərtəbəli evdə yanğın olub. Bu barədə noyabrın 17-də Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Hadisə Arıqdam kəndində qeydə alınıb. Nəticədə evin dam örtüyünün yanar konstruksiyaları kül olub.
Digər yanğın Bərdə şəhərində baş verib. Belə ki, sahəsi 24 m² olan taxta konstruksiyadan ibarət köməkçi tikili və içərisindəki əşyalar yanıb.
Hər iki yanğın söndürülüb.