Gədəbəy rayonuna qar yağıb. Bu barədə 1 aprel tarixində APA məlumat verib.
Məlumata görə, dünən gecədən başlayaraq qar dağ kəndləri ilə yanaşı, rayonun mərkəzinə də yağıb.
Dağlıq ərazilərə təxminən 35 santimetrdən artıq, rayon mərkəzinə isə 5-10 santimetr qar düşüb. Qeyd edək ki, hazırda qərb bölgəsindəki rayonlarda qeyri-sabit hava şəraiti davam edir.