Gədəbəydə yaşlı qadın dəm qazından zəhərlənib. Bu barədə 25 yanvar tarixində İnsanoid Apa-ya istinadən məlumat verir.
Hadisə rayonun Nəriman kəndində qeydə alınıb. 61 yaşlı Fulora Huseynova yaşadığı evin hamam otağında dəm qazından zəhərlənib. Xəstəxanaya yerləşdirilən qadının vəziyyətinin kafi olduğu bildirilir.