Gədəbəydə avtomobil oğurlayan şəxs polis tərəfindən saxlanılıb. Bu barədə İnsanoid Daxili İşlər Nazirliyinə istinadən bu gün, 14 dekabr tarixində xəbər verir.
Dekabrın 13-də saat 20:00 radələrində Gədəbəy şəhəri ərazisindən şəhər sakini M.Rzayevə məxsus “VAZ-21154” markalı avtomobili qaçırmaqda şübhəli bilinən rayon sakini V.Məmmədov saxlanılıb.
Araşdırma aparılır.