Gədəbəy rayonunda Şəmkir Regional Mühafizə şöbəsinin əməkdaşı, polis nəfəri Ülfət Bənnayev tabel silahı ilə ehtiyatsız davranması nəticəsində xəsarət alıb.
DİN-in mətbuat xidmətindən İnsanoid-ə bildirilib ki, hadisə səhər saatlarında əməkdaşın xidmətə çıxmazdan əvvəl tabel silahını təhvil alarkən baş verib. Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.