Gədəbəydə polis nəfəri xidmət vaxtı yol qəzasında həlak olub. Bu barədə 26 sentyabr tarixində APA məlumat verib.
Sentyabrın 26-da saat 17 radələrində Gədəbəy rayonu ərazisində “Niva” markalı avtomobillə xidmətdə olan polis, 1996-cı il təvəllüdlü Cahan Orucov yol qəzasına düşüb.
Hadisə nəticəsində polis əməkdaşı həlak olub. Araşdırma aparılır.