İrfan Şakir oğlu Davudov Azərbaycanın Malayziyada, eyni zamanda Bruney Darüssalamda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Insanoid.com">İnsanoid.com President.az saytına istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Qeyd edək ki, İrfan Davudov 2021-ci il iyulun 23-də Azərbaycanın Malayziyada səfiri təyin olunub.
Prezidentin digər sərəncamı ilə həmin vəzifəyə Xəzər Nadir oğlu Fərhadov təyin edilib.