Gədəbəy şəhərində dəm qazından zəhərlənən şəxs dünyasını dəyişib. Bu barədə 20 aprel tarixində Report məlumat verib.
Belə ki, Gədəbəy rayon sakini, 1988-ci il təvəllüdlü Mustafayev Məcid yaşadığı evdə dəm qazından zəhərlənib.
O, ağır halda xəstəxanaya aparılsa da, artıq dünyasını dəyişdiyi məlum olub.
Faktla bağlı araşdırma aparılır.