Gələn il pensiyaların artacağı planlaşdırılır.
Report-un məlumatına görə, bu barədə Milli Məclisdə qanun layihəsi təqdim edilib.
Gələn il orta aylıq pensiyanın məbləğinin 423 manat, yaşa görə pensiyanın məbləğinin 455 manat, əlilliyə görə pensiyanın 369 manat, ailə başçısını itirməyə görə pensiyanın məbləğinin 374 manat olacağı proqnozlaşdırılır.