2023-cü il “Heydər Əliyev İli” elan edilib. Prezident İlham Əliyev noyabrın 28-də bununla bağlı Sərəncam imzalayıb.
“Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planına əsasən, gələn il təhsil müəssisələrində “Heydər Əliyev dərsləri” keçiriləcək. İcraçı orqanlar Prezident Administrasiyası, Elm və Təhsil Nazirliyi, tabeliyində təhsil müəssisəsi olan aidiyyəti dövlət orqanlarıdır.
Həmçinin ali təhsildə yüksək akademik göstəriciləri olan tələbələr üçün “Heydər Əliyev təqaüdü” təsis ediləcək. Təqaüdün təsis edilməsi 2023-cü ilin may–iyun ayı üçün nəzərdə tutulub.
Bu bənd üzrə icraçı qurumlar Prezident Administrasiyası, Elm və Təhsil Nazirliyi, Maliyyə Nazirliyidir.