Gəncədə 21 yaşlı oğlan bıçaqlanıb. Bu barədə 25 yanvar tarixində APA məlumat verib.
Hadisə şəhərin mərkəzində qeydə alınıb. Kəlbəcər rayon sakini, 2002-ci il təvəllüdlü S.Əliyevin başından bıçaqlandığı bildirilir. Ona tibbi yardım göstərilib, vəziyyətinin normal olduğu bildirilir.
Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.