Gəncədə avtomobil piyadanı vuraraq öldürüb. Bu barədə 9 noyabr tarixində APA məlumat verib.
Hadisə şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb.
Belə ki, "VAZ 2107" markalı minik maşını yolu qarşı tərəfə keçmək istəyən 1955-ci il təvəllüdlü Firuzə Qocayevanı vurub. Xəstəxanaya yerləşdirilən qadın orada ölüb.
Faktla bağlı araşdırma aparılır.