Gəncə sakinində avtomat aşkarlanıb. Bu barədə 30 yanvar tarixində Report məlumat verib.
Qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Eşqin Qurbanov şəhər ərazisində saxlanılaraq baş idarəyə gətirilib.
Onun üzərinə şəxsi axtarış keçirilən zaman əlindəki torbadan 1 ədəd atəşə yararlı “Kalaşnikov” markalı avtomat, həmin silaha aid 1 ədəd daraq və 28 ədəd patron aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb.