Gəncədə qadın çiynindən bıçaq xəsarəti alıb. Bu barədə 11 aprel tarixində APA məlumat verib.
Hadisə şəhərin Gəncəvi küçəsində qeydə alınıb. Şəhər sakini, 2005-ci il təvəllüdlü S.Əlizadə çiyin nahiyəsinin bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Qadının yarası tikilib, vəziyyətinin kafi olduğu bildirilir.
İlkin məlumata görə, 18 yaşlı gənc qadın özünə bıçaqla xəsarət yetirib. Onun hansı səbəbdən özünə xəsarət yetirməsi məlum deyil. Faktla bağlı araşdırma aparılır.